İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ və Avropada niyə qarabaşaq yarması yemirlər? – SƏBƏB

1491 15.07.2024 22:07 Dünya A A

Postsovet ölkələrinin bir çox sakinləri qarabaşaq sıyığının Qərbdə heç də populyar olmadığını biləndə təəccüblənirlər.

Amerika və Qərbi Avropa ölkələrinin sakinlərinin böyük əksəriyyəti qarabaşaq yarması yemirlər.

Niyə Qərbdə insanlar qarabaşaq yarması yemirlər?

Çünki Potsovet ölkələrinin bir çox bölgəsi riskli əkinçilik zonalarında yerləşir. Məhz belə ərazilərdə qarabaşaq yarması yaxşı məhsul verir.

Bundan əlavə, qarabaşaq yarmasının yetişdirilməsi torpağın tükənməsinə səbəb olmur.

Yığılan məhsul isə uzun müddət saxlanıla bilməsi ilə seçilir.

Buna görə qarabaşaq yarması bizim və qonşu ölkələrdə fəal şəkildə becərilir və hələ də davam edir.

Ancaq Qərb ölkələri qarabaşaq yarması yetişdirməyin iqtisadi cəhətdən yaxşı olmadığını düşünür. Çünki orada məhsuldarlıq aşağıdır. Ən azı bu rəqəm məşhur dənli bitkilərdən aşağıdır.

Bu vəziyyəti nəzərə alaraq, kənd təsərrüfatı sektorunun Qərb nümayəndələri buğda, çovdar və arpa becərilməsinə diqqət yetirmək qərarına gəliblər.

Ola bilsin ki, bəzi amerikalılar, almanlar və ya ingilislər yeməyi xoşlayırlar. Ancaq onların bir çoxu belə bir dadlı yeməyin mövcudluğundan xəbərdar belə deyil. (lent.az)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR