İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ səfirinin “hamısını azadlığa buraxın” bəyanatı

1572 03.04.2024 12:56 Ölkə A A

YAP-çı deputat: “Bunu ölkəmizin daxili işlərinə qarışmaq kimi qəbul edirəm”

ABŞ-ın Bakıdakı səfiri Mark Libbi həftəsonu Azərbaycanda saxlanılan jurnalistləri təmsil edən vəkillərlə görüşüb. “Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir və Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilən bütün şəxsləri azad etməyə çağırır”. Bu barədə “Turan” ABŞ səfirliyinə istinadən xəbər yayıb. 

Bu çağırışa Azərbaycan hökumətinin təmsilçilərindən hələlik münasibət almaq mümkün olmayıb. 

Əldə olunan məlumatlardan belə nəticə çıxır ki, yaxın vaxtlarda istintaq Qərb ölkələrinin Azərbaycandakı səfirliklərinin həbs edilənlərlə bağlı qrant əlaqələri haqda faktlar açıqlayacaq. Bəzi səfirliklərin qrant qaçaqmalçılığında iştirakı üzrə sənədlər ictimailəşdiriləcək.

Müşahidələr göstərir ki, ABŞ başda olmaqla, Qərb mərkəzləri Azərbaycanda ictimai rəyi çaşdırmaq üçün çox sayda təsir agentləri yetişdiriblər. İz azdırmaq üçün onların adlarını “KİV qurumu”, “QHT”, “Siyasi partiya” qoyublar. Yəni öz agentlərini məsuliyyətdən yayındırmaq üçün bir növ hüquqi platforma yaradıblar. Qrant vermək adı altında onlar üçün “qanunu maliyyə mənbəyi” təmin ediblər. Azərbaycan 2000-ci illərdən başlayaraq, bu şəbəkəni qismən ifşa edib. Zərərsizləşdirmək üçün qanunvericiliyi yeniləyib. 2014-cü ildə qrant alma prosedurlarını sərtləşdirib. Digər zəruri tədbirlər görüb. Amma indi bəlli olur ki, Azərbaycan ehtiyat tədbirləri gördüyü kimi, “qrant şəbəkəsi” də çevik tərpənib. Qeyri-leqal vəsaitin ölkəyə gətirilib agentura şəbəkəsinə çatdırılması üçün son 6 il ərzində tamamilə yeni metodlardan istifadə ediblər. Bu təşkilatlar öz fəaliyyətlərini Azərbaycan qanunları əsasında deyil, ABŞ-dan gələn direktivlər əsasında qururlar. Maliyyə xərcləri kimi, informasiya tezislərini də Qərbdən alırlar. Problem ondadır ki, hazırkı dönəmdə Qərbdən gələn həmin tezislər milli maraqlarla daban-dabana ziddir.  Məhkəmə hökmü olmadan onların azadlığa buraxılması tələbi nə qədər demokratik davranışdı?

Azər Badamov: Son razılaşma Ermənistanın Azərbaycanın regionda yaratdığı  yeni reallığı qəbul etməsi deməkdir Pravda.az

Azər Badamov 

Deputat Azər Badamov bunu bir ölkənin daxili işlərinə qarışmaq kimi qəbul edir: “ABŞ səfiri Mark Libbinin  "Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir və Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə həbs edilən bütün şəxsləri azad etməyə çağırır" ifadəsinin işlədilməsini ölkəmizin daxili işlərinə qarışmaq kimi qəbul edirəm. Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub. Amma bu o demək deyil ki, təmin olunmuş azadlıqlardan Qərbin çirkin niyyətlərini həyata keçirmək üçün istifadə olunsun. Azərbaycan dövləti mətbuat azadlığı, QHT və Siyasi partiyalarla bağlı çox aydın qanunvericilik bazası yaradıb. Yaradılmış qanunvericilik ölkəmizdə təmin olunmuş siyasi sabitliyi və qazanılmış uğurlarımızı əlimizdən almaq istəyən Qərb institutlarının hərəkət imkanlarını məhdudlaşdırıb. Belə ki, onlar ölkəmizə qarşı çirkin niyyətlərini həyata keçirmək üçün yaratdığı agentura şəbəkəsinin maliyyələşdirilməsinin qarşısını alıb. Amma ABŞ səfirinin qeyd etdiyi şəxslər gizli yollarla maliyyələşdirilir və mətbuat, QHT və siyasi partiya adından istifadə edərək hakimiyyətə qarşı qərəzli informasiyalar yaymaqla təxribat əməllərini həyata keçirirlər. Azərbaycan hüquqi dövlətdir və hər bir şəxsin hərəkətləri qanun çərçivəsində olmalıdır. Bu baxımdan qanunları kim pozursa, təbii ki, qanun qarşısında cavab verməldir. ABŞ səfirinin çağırışı bir növ qanunu pozmuş şəxslərin azadlığa buraxılmasına çağırış hesab edirəm. Təbii ki, istintaq prosesi yekunlaşanda məhkəmə kimin buraxılıb-buraxılmayacağı ilə bağlı qərar verəcəkdir. Saxlanılan şəxslərdən qanunu pozma halları müşahidə olunmazsa təbii ki, sərbəst buraxılacaq. Amma qanunu pozanlar cinayət məsuliyyətinə cəlb olunmalıdır".

Sahib Məmmədov (siyasətçi) — Vikipediya

Sahib Məmmədov

Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri, hüquq müdafiəçisi Sahib Məmmədov bu istiqamətdə ABŞ-la Azərbaycan arasında bir sıra diqqətçəkən müqayisələr apardı: “Biz onlardan söz azadlığı adı altında müxtəlif bəhanələrlə ölkəmizə qarşı təzyiqləri dayandırmağı tələb edirik. Ümumiyyətlə, Amerikada Konqres ətrafında aksiya keçirənlərə yüksək cəzalar verilib. Müqayisə üçün deyim ki, bizdə Milli Məclisə hücum edənlərin əksəriyyətinə inzibati cəzalar verildi. Amma orada ağır dövləti cinayətlərdə ittiham olunub uzun müddətə həbs edilənlər var. Bütün bunların fonunda Amerikanın bizə qarşı addımlarını təxribat xarakterli addımlar kimi qəbul edirik. Eyni zamanda bu, hüquqi baxımdan da düzgün deyil. Saxlanılan şəxslərlə bağlı istintaq gedir. İndiki halda onların vəkilləri həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər verirlər. Həbsin başqa qətimkan tədbiri ilə dəyişdirilməsi üçün istintaq, məhkəmə qarşısında vəsatətlər qaldırıla bilər. Bunu da vəkillər etməlidir və edirlər də. Bu da normal bir prosesdir. Hüquqi prosessual hərəkətlər sayıla bilər. Bunu da ABŞ səfiri desə də, deməsə də, vəkillər edirlər. Bu, onların peşə vəzifəsidir. Həbs edilən və hansı ki, barələrində məhkəmə hökmü yoxdur, onlar barəsində indiyə qədər vəkilləri tərəfindən həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlər verilib. Bu proses davam edir. Yaxşı olar ki, Amerika öz daxilinə baxsın, cəza sisteminə nəzər yetirsin. Uşaqlara, qadınlara qarşı ölüm cəzası bu ölkədə tətbiq olunur. Penitensiar sistemi dünyanın ən qəddar sistemidir. ABŞ-da yüz minə düşən həbsdə olanların sayı dünya üzrə rekorddur. Məsələn, bizdən 3 dəfə yarımdan çoxdur. Bizdə 200 nəfərə yaxındır, onlarda 600-dən çoxdur. Yaxşı olardı ki, səfir ölkəsinin bu məsələlərə diqqət ayırmasına nəzər salsın. Sonra bizim kimi ölkələrdən danışsın”. 

Cavanşir ABBASLI
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR