İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ sakini lotereyada yarım milyard dollardan çox pul udub

960 08.06.2024 11:26 Dünya A A

Amerika Birləşmiş Ştatlarının “Powerball” lotereya bileti Nyu-Hempşir ştatında 560 milyon dollara yaxın uduşla satılıb.

Musavat.com MIR24-ə istinadla xəbər verir ki, lotereya təsisatının sözçüsü deyib: "Biz məmnuniyyətlə elan edirik ki, Nyu-Hempşirdə satılan bir bilet 559,7 milyon dollarlıq cekpot qazanıb".

Telekanalın məlumatına görə, qalib nömrələr 12, 29, 30, 33, 61, bonus nömrəsi isə 26 olub.

Adı hələ açıqlanmayan şanslı qalib bütün məbləği bir anda götürə və ya pulu bir neçə il ərzində hissə-hissə ala bilər.

“Powerball” lotereyası 44 ştatda, Kolumbiya dairəsində, Puerto-Rikoda və ABŞ-ın Virgin adalarında oynanılır. Biletin qiyməti iki dollar, ümumi satış gəliri isə bir neçə milyard dollardır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR