İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Rusiyaya xəbərdarlıq etdi - Qitələrarası ballistik raket...

901 02.11.2023 16:15 Dünya A A

ABŞ Rusiyaya “Minuteman III” qitələrarası ballistik raketinin buraxılması ilə bağlı xəbərdarlıq edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

Onun sözlərinə görə, Rusiya ABŞ-dan “Minuteman III” qitələrarası ballistik raketini sınaqdan keçirmək planları barədə bildiriş alıb.

Peskov qeyd edib ki, Rusiya tərəfi də eyni şeyi edir:

"Bu cür buraxılışlar təbii olaraq müvafiq kanallar vasitəsilə məlumatlandırılmalıdır. Buna görə də, bütün lazımi bildirişlər alınıb. Rusiya tərəfi də eyni şeyi edir".

O, buraxılışın uğursuz olması faktını şərh etməyib.

Qeyd edək ki, “Minuteman III”  testləri bir gün əvvəl, noyabrın 1-də baş tutub. ABŞ Hərbi Hava Qüvvələri raketi uçuş istiqamətini dəyişdiyi üçün məhv edib.

Hadisənin səbəblərini xüsusi komissiya araşdıracaq.

Xatırladaq ki, “Minuteman III” ballistik raketi 1970-ci ildən ABŞ Hərbi Hava Qüvvələrində istismardadır. Raketin sınaqları sonuncu dəfə sentyabrın 6-da həyata keçirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR