İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ rusiyalı oliqarxın 1,5 milyard dollarlıq fırıldağının üstünü açıb

753 14.05.2024 22:21 Dünya A A

ABŞ Maliyyə Nazirliyi Rusiya vətəndaşı Dmitri Beloqlazov və Rusiya hakimiyyətinə yaxınlığı ilə tanınan iş adamı Oleq Deripaska ilə əlaqəli olan üç Rusiya şirkətinə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumat nazirliyin açıqlamasında yer alıb.

ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında qeyd olunur ki, siyahıda olanlar “əvvəllər ABŞ, Avstraliya, Kanada, Avropa Birliyi, Yeni Zelandiya və Böyük Britaniya tərəfindən sanksiyalar tətbiq edilmiş rusiyalı oliqarx Oleq Vladimiroviç Deripaska ilə bağlı sanksiyalardan yayınmaq cəhdində iştirak ediblər": “Bugünkü qərarımız beynəlxalq sanksiyalardan və ixrac nəzarətindən yayınma cəhdlərinə qarşı mübarizə aparmaq öhdəliyimizi təsdiqləyir. Biz beynəlxalq maliyyə sistemini müdafiə etməyə və Rusiyada və ondan kənarda sanksiyalardan yayınmağı asanlaşdıran qurumlara qarşı tədbirlər görməyə davam edəcəyik”.

Maliyyə Nazirliyinin məlumatına görə, Beloqlazov “Title” MMC-nin sahibidir. Bildirilir ki, sanksiya tətbiq etməklə Deripaskaya məxsus 1,5 milyard dollardan çox dəyərindəki dondurulmuş aktivlərin sanksiya altından çıxarılmasının qarşısı alınıb.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR