İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Qətərdən İsrail və “Hizbullah” arasında danışıqlarda vasitəçilik etməsini istəyib

359 29.06.2024 13:15 Dünya A A

ABŞ Qətərdən “Hizbullah” ilə İsrail arasında münaqişənin həllinə yardım etməsini istəyib.

Bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəsə dair danışıqlarda vasitəçilik edən Qətər, Bayden administrasiyasından İsrail-Livan sərhədində “Hizbullah” və İsrail arasında gərginliyin azaldılmasına kömək etmək üçün müraciət alıb.

"Hizbullah"ın sözçüsü bildirib ki, Qəzza zolağında müvəqqəti atəşkəs olarsa, qruplaşma Livanda qarşılıq verəcək. Bununla belə, o vurğulayıb ki, Qəzzada müharibə tamamilə bitənə qədər “Hizbullah” daha geniş razılaşmanı qəbul etməyəcək./Report

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR