İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Putinin nüvə təhdidlərinə cavab verdi

1027 14.03.2024 20:00 Dünya A A

Ağ Ev Rusiya Prezidenti Vladimir Putinin nüvə təhdidlərinə münasibət bildirib.

Bu barədə Ağ Evin spikeri Karin Jan-Pyer bəyanat verib.

Karin Jan-Pyerin sözlərinə görə, ABŞ Prezidenti Co Bayden məsələ ilə bağlı məlumatlandırılıb.

Ağ Evin spikeri Putinin ritorikasını “məsuliyyətsiz” adlandırıb.

“Rusiyanın nüvə ritorikası bütün bu münaqişə boyu düşüncəsiz və məsuliyyətsiz olub. Məhz Rusiya hər hansı təxribat və əsaslandırma olmadan Ukrayna ərazisinə daxil olub. Və biz Ukraynanı dəstəkləməyə davam edəcəyik, çünki o, öz xalqını və suveren ərazilərini Rusiyanın təcavüzündən qoruyur”, - Karin Jan-Pyer əlavə edib.

Xatırladaq ki, ötən gün Vladimir Putin jurnalistlərə müsahibəsində Rusiyanın texniki cəhətdən nüvə müharibəsinə hazır olduğunu bildirib. O, eyni zamanda, ABŞ-nin Ukraynaya qoşun yeridəcəyi təqdirdə Ukraynanı və Qərbi nüvə silahı ilə hədələyib. Putin deyib ki, Rusiya belə bir addımı müharibənin eskalasiyası kimi qiymətləndirəcək.

Qeyd edək ki, Rusiya dünyada ən böyük nüvə başlıqları ehtiyatına malikdir. Bununla bağlı “Reuters”in dərc etdiyi yazıda Rusiyanın 580 nüvə başlığına malik olduğu və bununla dünyanı dəfələrlə məhv edə biləcəyi vurğulanıb.

Mənbə: RBC.ua

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR