İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ onlarla Gürcüstan vətəndaşına viza sanksiyası tətbiq etdi: Ağ Ev daha kəskin addımlara hazırdır

548 06.06.2024 22:24 Dünya A A

ABŞ Dövlət Departamenti onlarla Gürcüstan vətəndaşına qarşı sanksiya tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Amerika Xarici İşlər İdarəsinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat açıqlayıb. Onun sözlərinə görə, viza sanksiyası siyahısına salınanlar arasında hökumət, parlament üzvləri və onların qohumları var. Miller qeyd edib ki, Vaşinqton ölkədə qəbul edilən xarici agentlər haqqında qanunla bağlı əlavə tədbirlər görməyə hazırdır.

Viza məhdudiyyətlərinin ilk siyahısına “Gürcü arzusu” partiyasının üzvləri, parlament üzvləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və adi vətəndaşlar daxildir: "Biz ümidliyik ki, Gürcüstan liderləri öz hərəkətlərinə yenidən baxacaq və ölkələrinin uzun müddətdir bəyan etdiyi demokratik və Avro-Atlantik istəklərini irəli aparmaq üçün addımlar atacaqlar. Lakin bunu etməsələr, ABŞ əlavə tədbirlər görməyə hazırdır. Sizə deyə bilərəm ki, biz əlavə sanksiyalar tətbiq etməyə və bütün lazımi addımları atmağa hazırıq”.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR