İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ neft hasilatı həcmini artıracaq

417 28.03.2022 15:40 İqtisadiyyat A A

ABŞ daxili və xarici tələbin qarşılanması üçün neft hasilatı həcmini artıracaq.

Trend-in məlumatına görə, bunu ABŞ Dövlət Departamentinin baş müşaviri Eymos Hokstin Dubayda keçirilən Qlobal Enerji Forumunda deyib.

O bildirib ki, ABŞ həm daxili, həm də dünya bazarında kifayət qədər tələbin təmin olunması üçün hasilatın artırılmasına çalışır. Onun sözlərinə görə, ABŞ hasilatı 900 min - 1 milyon barel/sutka artıra bilər.

ABŞ rəsmisi qeyd edib ki, Vaşinqtonla yanaşı digər ölkələr də hasilat həcmini artırmağı planlaşdırır.

Kanada da bu il neft hasilatını artıracağını bildirib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR