İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ maliyyə naziri ən böyük qorxusunu açıqladı

898 13.07.2024 19:36 Dünya A A

ABŞ-ın maliyyə naziri Canet Yellen qlobal iqtisadiyyatda Amerika dollarının payının aşağı düşməsini özünün əsas qorxularından biri hesab edir.

Musavat.com xəbər verir ki, bu barədə "Asia Times" məlumat yayıb.

Qəzet yazır ki, nazir belə bir bəyanatla iyulun 9-da Konqresdə keçirilən dinləmələrdə çıxış edib.

Nəşr yazır ki, nazirin bu etirafı onun ABŞ-ın Rusiyaya qarşı sanksiya siyasətinin dolların statusunu itirməsinə gətirib çıxardığını inkar edən əvvəlki qiymətləndirmələri ilə ziddiyyət təşkil edir. Belə ki, 2022-ci ildə o, dolların ciddi rəqiblərinin olduğuna inanmadığını və "uzun müddət" mövcud olmayacağına inandığını demişdi.

"Eurizon SLJ Capital"dan analitik Stiven Cen etiraf edir ki, 2022-2023-cü illərdə dolların beynəlxalq ödənişlərdə payının azalması sürətlənib. 2023-cü ildə bu, 2011-ci ildəki 73 faiz ilə müqayisədə 58 faiz təşkil edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR