İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Konqresi Ukraynanın Rusiyaya ağır zərbə endirməsinə izn verdi

839 11.07.2024 13:08 Dünya A A

ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Rusiya Federasiyasına zərbələrə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını dəstəkləyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, ABŞ Konqresi Ukrayna ordusunun Rusiya ərazisinə zərbələr endirmək üçün mövcud məhdudiyyətlərin götürülməsini dəstəkləyir. Bunu ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson “Amerikanın Səsi” radiostansiyasına şərhində deyib.

“Mən izah etdim ki, Konqresin iradəsi bizim artıq göndərdiyimiz silah və yardımın istifadəsində çeviklik verməkdir. Onlar müharibəni istədikləri kimi aparsınlar. Mən də bunun tərəfdarıyam”, - Amerika parlamentinin aşağı palatasının rəhbəri bildirib.

Bundan əvvəl Böyük Britaniyanın yeni baş naziri Keir Starmer demişdi ki, onun hökuməti dövründə Ukrayna hələ də Britaniyanın dəqiq silahları ilə Rusiya ərazisini vurmaq hüququna malik olacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR