İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Kənd Təsərrüfatı Nazirliyi buğda istehsalı proqnozunu azaltdı

513 12.08.2023 00:18 İqtisadiyyat A A

ABŞ Kənd Təsərrüfatı Nazirliyi 2023-2024-cü il mövsümündə dünyada buğda istehsalının 793,37 milyon ton(iyul hesabatında 796,67 milyon ton), yem məhsulları istehsalının 1 milyard 497,26 milyon ton(iyulda 1 milyard 513,38 milyon ton), qarğıdalı istehsalının isə 1 milyard 213,5 milyon ton(1 milyard 224,47 milyon ton) təşkil edəcəyini proqnozlaşdırır.

Nazirlik cari mövsümdə Rusiyanın buğda ixracına dair proqnozunu da yeniləyib. Nazirlikdə hesab edirlər ki, bu mövsümdə Şimal qonşumuz iyunda gözlədikləri 47,5 milyon ton deyil, 48 milyon ton buğda ixrac etmək gücündə olacaq. Rusiyanın ən yaxın rəqibi Avropa Birliyi isə 38,5 milyon ton buğda ixrac edə biləcək.

ABŞ nazirliyinə görə, hazırkı mövsümdə Rusiyada 85 milyon ton buğda istehsal olunacaq.

ABŞ-da həmçinin Rusiyanın yem məhsulları ixracının 8,91 milyon ton, qarğıdalı ixracının isə 4,2 milyon ton təşkil edəcəyini proqnozlaşdırırlar. Bu proqnozlara Rusiyanın ilhaq etdiyi Ukrayna regionlarından əldə olunacaq məhsul daxil edilməyib. Rusiya Kənd Təsərrüfatı Nazirliyi həmin regionların məhsulu ilə birlikdə bu mövsümdə 123 milyon ton taxıl, o cümlədən 78 milyon ton buğda istehsalı proqnozlaşdırır.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR