İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-İran danışıqlarının ləğv edilməsinin SƏBƏBİ

833 19.06.2026 14:55 Dünya A A

Bu gün İsveçrədə keçirilməsi planlaşdırılan ABŞ və İran nümayəndələri arasındakı danışıqlar qəfildən təxirə salınıb.

Musavat.com xəbər verir ki, buna səbəb İsrailin Livana qarşı həyata keçirdiyi hərbi hücumlar olub.

"CNN" telekanalının etibarlı mənbələrə istinadən yaydığı məlumata görə, regionda gərginliyin artması tərəflərin bir araya gəlməsinə mane yaradıb. Bildirilir ki, vasitəçilər hələlik danışıqların dəqiq nə vaxt bərpa olunacağını açıqlamayıblar.

Bundan əvvəl "Reuters" agentliyi də İsveçrə Xarici İşlər Nazirliyinə istinadən görüşün ləğv edildiyini təsdiqləyib.

Eyni zamanda, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin (J.D. Vance) İranla memorandum imzalamaq məqsədilə iyunun 19-da İsveçrəyə planlaşdırılan rəsmi səfərindən imtina etdiyi qeyd olunub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR