İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukraynaya yeni yardım paketinə nələr daxildir? - Blinken AÇIQLADI

714 13.12.2023 14:06 Dünya A A

"Ukraynaya 200 milyon dollarlıq yardım paketinə raket sistemləri, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri üçün sursatlar daxil olacaq".

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Antoni Blinken deyib.

Onun bəyanatı Dövlət Departamentinin saytında dərc olunub.

Paketə həmçinin 155 mm və 105 mm-lik döyüş sursatları, yüksək sürətli əks-radar raketləri, atıcı silahlar üçün sursatlar, eləcə də HESCO maneələri daxildir.

"Konqres əlavə yardım göstərməsə, bu, Ukraynaya təmin edə biləcəyimiz son təhlükəsizlik yardım paketlərindən biri olacaq", - deyə Blinken açıqlamasında bildirib.

Qeyd edək ki, bu gün, dekabrın 13-də ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə Ağ Evdə keçirdiyi görüşdə Ukraynaya 200 milyon dollarlıq yardım paketinin ayrıldığını açıqlayıb. Hazırda Ağ Ev və Senat arasında müzakirələr gedir. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR