İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın Ukraynaya etdiyi yardımın həcmi açıqlandı

492 01.06.2024 20:36 Dünya A A

ABŞ 2022-ci ilin fevralından bəri Ukraynaya 81 milyard dollar yardım edib ki, bunun da 51 milyard dolları hərbi yardım olub.

Musavat.com xəbər verir ki, bu məlumatı “Ukrinform” agentliyinə müsahibəsində ABŞ Milli Təhlükəsizlik Şurasının Avropa məsələləri üzrə direktoru Maykl Karpenter açıqlayıb.

Agentlik müxbirinin Vaşinqton administrasiyasının Konqresə Kiyev üçün vəsait ayırmaqla bağlı yeni sorğu göndərib-göndərməyəcəyi ilə bağlı sualını cavablandıran Karpenter qeyd edib ki, ABŞ artıq Ukraynaya “çoxlu” vəsait ayırıb: “Biz yalnız bu yaxınlarda əlavə maliyyələşdirmə haqqında qanun qəbul etdik”.

Karpenter onu da vurğulayıb ki, ABŞ-da seçkilər noyabrda keçiriləcəyi üçün gələn il nə olacağı barədə danışa bilməz. Onun sözlərinə görə, hazırda ABŞ diqqətini Ukraynanın döyüş meydanında ehtiyaclarını ödəmək üçün imkanların artırılmasına yönəldib:

“Biz başa düşürük ki, hazırda əsas ehtiyaclardan biri hava hücumundan müdafiədir. Buna görə də biz tərəfdaşlarımız və müttəfiqlərimizlə hazırda Ukraynada hava hücumundan müdafiənin effektivliyini necə gücləndirə biləcəyimiz barədə ünsiyyətə çox vaxt sərf edirik”.

Aprelin sonunda ABŞ prezidenti Co Bayden Ukrayna, İsrail və Tayvana silah tədarükünü bərpa etmək üçün Konqresin təsdiqlədiyi qanun layihələri paketini imzalayıb. Paketin həcmi 95 milyard dollar təşkil edib, buna Kiyev üçün 61 milyard dollar da daxildir. Dövlət başçısı bu qanun layihələrini imzaladıqdan dərhal sonra Pentaqon Ukraynaya 1 milyard dollar dəyərində silah və texnika göndərdiyini bəyan etdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR