İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın şimal-şərqində 18 nəfəri öldürən şəxs ölü tapılıb

435 29.10.2023 12:20 Dünya A A

ABŞ-ın Men ştatının Lyuiston şəhərində 18 nəfəri öldürməkdə şübhəli bilinən şəxs üç günlük axtarışlardan sonra ölü tapılıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Androscoggin County Şerif Ofisi mətbuata açıqlamasında bildirib ki, çərşənbə axşamı gecəsi atışmada şübhəli bilinən şəxsin yeri müəyyən edilib və onun artıq ölmüş olduğu təsbit olunub.

CBS News-un məlumatına görə, 40 yaşlı Robert Kartın cəsədi təkrar emal mərkəzinin yaxınlığında tapılıb. Polis mənbələri onun intihar edə biləcəyini bildiriblər.

Bildirilir ki, şübhəlinin evində intihardan bəhs edən qeyd tapılıb. Qeyd onun oğluna ünvanlanıb. Evdən şübhəlinin mobil telefonu da tapılıb.

Lewiston City Hall-da keçirdiyi mətbuat konfransında Men ştatının qubernatoru Canet Mills bildirib ki, qurbanın cəsədi Lisbonda, atışma yerindən çox uzaqda tapılıb.

“Bu gün mən Robert Kartın heç kimə təhlükə yaratmayacağını bildiyim üçün rahat nəfəs aldım”, -o deyib.

Leviston polis rəisi David St. Pyer əlavə edib ki, bu məsələ ilə bağlı hüquq-mühafizə orqanlarının işi bitməyib.

Polis deyir ki, bir çox detallar gizli saxlanılır, çünki səlahiyyətlilər əvvəlcə qurbanların ailələri ilə danışmaq istəyirlər.

ABŞ-ın şimal-şərqindəki Leviston şəhərində bir neçə yerdə baş verən atışmalarda onlarla insan həlak olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR