İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın qara siyahısına düşən Sankt Peterburq Birjası 3 gün işləməyəcək

440 02.11.2023 22:38 Dünya A A

Noyabrın 3-də Sankt-Peterburq Birjasında əsas ticarət rejimində xarici və Rusiya qiymətli kağızlarının ticarəti həyata keçirilməyəcək.

Musavat.com Birjanın saytında yerləşdirilən elana əsasən xəbər verir ki, birja noyabrın 6-da ticarəti bərpa etmək niyyətindədir: “Sankt-Peterburq Birjası 2023-cü il noyabrın 6-da birja ticarətinə başlamağı planlaşdırır. İnvestorlar və ticarət iştirakçıları üçün ticarətin bərpa olunma vaxtı, ticarət rejimləri və birja əməliyyatlarının aparılması üçün mövcud alət qrupları haqqında məlumat ASC-nin rəsmi saytında yerləşdiriləcək”.

Qeyd edək ki, bu gün ABŞ Maliyyə Nazirliyi SPB-ni sanksiya siyahısına saldığını açıqladıqdan sonra birjada bütün növ qiymətli kağızların sürətli dəyərsizləşməsi başlayıb. Nəticədə Bakı vaxtı ilə saat 19.00-da birjanın fəaliyyəti dayandırılıb. Fəaliyyətinə fasilə verməsinə baxmayaraq, Sankt-Peterburq Birjası bəyan edib ki, sanksiyalar ticarət platformasının müştərilərinin aktivlərinə təsir göstərməyəcək.

Maraqlıdır ki, oktyabrda Avropa YenidənQurma və İnkişaf Bankı SPB-dəki 5,3 faizlik payını dəyərindən dəfələrlə ucuz qiymətə satıb. Belə görünür, AYİB-də Birjanın tezliklə sanksiya siyahısına salınacağına dair məlumat olub.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR