İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın İran üzrə xüsusi elçisi Bakıda səfərdə olub - FOTO

1331 02.04.2024 02:12 Ölkə A A

ABŞ-ın İran üzrə xüsusi elçisi Abram Paley Azərbaycanda səfərdə olub.

Musavat.com xəbər verir ki, səfər çərçivəsində diplomat Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə, habelə ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi və onun israilli həmkarı Corc Diklə görüşüb.

“Bakıda Prezidentin köməkçisi Hikmət Hacıyev, xarici işlər nazirinin müavini Samir Şərifov, Azərbaycanın İrandakı səfiri Əli Əlizadə və bank sektorunun nümayəndələri ilə İran, sanksiyaların tətbiqi və regionla bağlı səmərəli müzakirələr aparılıb”, – İran üzrə xüsusi elçi bildirib.

Abram Paley həmçinin İsrail səfiri Corc Diklə “İran rejiminin regionda sabitliyi pozan davranışlarını” müzakirə edib.

“İsrailin Azərbaycanla tarixi və mədəni əlaqələri haqqında eşitmək çox gözəldir”, – diplomat əlavə edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR