İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın ən böyük mobil operatorunun işi iflic oldu: Səbəb açıqlanmır…

348 22.02.2024 19:47 Dünya A A

Amerika Birləşmiş Ştatlarının ən böyük telekommunikasiya şirkətlərindən biri olan AT&T-nin işində irimiqyaslı fasilə yaranıb.

CNN-in məlumatına görə, səbəbi açıqlanmayan problem şirkətin bütün ABŞ-dakı müştərilərinin zəng edə, mətn mesajları göndərə və internetə qoşula bilməməsinə səbəb olub. “Verizon” və “T-Mobile” müştəriləri də problemlər barədə məlumat veriblər, lakin şirkətlər problem yaşamadıqlarını açıqlayıblar. Açıqlamada bildirilir ki, ola bilsin müştəriləri AT&T xidmətlərindən istifadə edənlərlə əlaqə saxlaya bilməyiblər.

DownDetector internet saytından verilən məlumata görə, 74 mindən çox insan AT&T ilə bağlı problemlər barədə məlumat verib. Şirkət kütləvi problemin yarandığını etiraf edib, lakin sistemin nasazlığının səbəbini açıqlamayıb. Mənbə jurnalistlərə bildirib ki, problem peinqlə bağlı ola bilər. Onun sözlərinə görə, kəsilmələrin kiberhücum nəticəsində olduğuna dair heç bir işarə yoxdur.

AT&T sistemindəki problem bir sıra xidmətlərin işini pozub. San Fransisko Fövqəladə Halların İdarə Olunması Departamenti 911 mərkəzinə edilən zənglərin heç hamısı çatmır, Ohayoda isə nasazlıq Yuxarı Arlinqtonda yanğın siqnalizasiya sisteminin işinə təsir göstərib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR