İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın “Cənubi Pars”a zərbə endiriləcəyindən xəbəri yox idi - Tramp

2121 19.03.2026 08:39 Siyasət A A

Prezident Donald Tramp ABŞ-ın İsrailin “Cənubi Pars” yatağına zərbə endirəcəyindən məlumatsız olduğunu bildirib.

Musavat.com xəbər verir ki, Tramp Truth Social hesabında İsrailin artıq İranın “Cənubi Pars” qaz yatağındakı obyektlərə zərbə endirməyəcəyini bildirib:

"ABŞ-ın bu hücumdan xəbəri yox idi və Qətərin heç bir şəkildə bu hücumda iştirakı yox idi və ya onun baş verəcəyindən xəbəri yox idi".

Amerika lideri hesab edir ki, yəhudi dövləti zərbəni "Yaxın Şərqdə baş verənlərə qarşı qəzəbdən" həyata keçirib. ABŞ prezidentinin sözlərinə görə, yatağın obyektlərinin "yalnız kiçik bir hissəsi" zədələnib: "İran tamamilə günahsız tərəfə - bu halda Qətərə hücum etmək üçün ağılsız qərar verməsə, İsrail artıq son dərəcə vacib və dəyərli Cənubi Pars qaz yatağına zərbə endirməyəcək".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR