İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın büdcə kəsiri azaldı

582 12.07.2024 20:33 Dünya A A

İyun ayında ABŞ-da büdcə kəsiri 65,965 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Maliyyə Nazirliyi açıqlayıb.

Məlumata əsasən, bu, ötən ilin eyni ayındakı göstəricidən (227,768 milyard dollar) 3,5 dəfə azdır.

Hesabat dövründə ABŞ-ın büdcə gəlirləri bir il əvvəlki 418,317 milyard dollarla müqayisədə 11,5 faiz artaraq 466,255 milyard dollara çatıb. Xərclər 17,6 faiz azalaraq 646,085 milyard dollardan 532,22 milyard dollara düşüb.

Oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilinin doqquz ayı ərzində ABŞ-ın büdcə kəsiri 9 faiz azalaraq 1,268 trilyon dollara çatıb.

Cari maliyyə ilinin əvvəlindən büdcə gəlirlərinin həcmi 10 faiz artaraq 3,754 trilyon dollara çatıb. Xərclər isə 4,5 faiz artaraq 5,022 trilyon dollar olub. O cümlədən dövlət borcu üzrə faiz ödənişləri 33 faiz artıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR