İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ HƏMAS və SEPAH üzvlərinə qarşı sanksiyalar TƏTBİQ ETDİ

414 27.10.2023 17:54 Dünya A A

ABŞ Maliyyə Nazirliyi Fələstinin HƏMAS hərəkatı, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və əlaqədar təşkilatların üzvlərinə qarşı yeni sanksiyalar tətbiq edib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında bildirilir.

Qeyd olunub ki, tədbir HƏMAS-ın İsrailə qarşı hücumları ilə bağlıdır.

Məhdudiyyətlərə HƏMAS-ın İrandakı nümayəndəsi, SEPAH-ın bir sıra üzvləri, həmçinin Qəzza zolağındakı təşkilatlar daxildir.

ABŞ-ın məlumatına görə, onlar İran silahlarının HƏMAS və "İslami Cihadqruplaşmasına ötürülməsi üçün kanal rolunu oynayıb. 

Qeyd olunub ki, sanksiya siyahısına iordaniyalı Xalid Kaddumi də daxil edilib. O, uzun müddət HƏMAS-ın üzvü olub və hərəkatın İrandakı nümayəndəsi kimi fəaliyyət göstərir.

Eyni zamanda, iranlılar Əli Morşid Şirazi, Mustafa Məhəmməd Hani və Əli Əhməd Feyzullahiyə də sanksiya tətbiq edilib.

Maliyyə Nazirliyinin məlumatına görə, onlar HƏMAS və "İslami Cihad" silahlılarına təlim keçib, həmçinin yardım ediblər.

Qəzza zolağında yerləşən "Əl-Ənsar" xeyriyyə cəmiyyəti və onun direktoru Nasir əl-Şeyx Əli də məhdudiyyətlərə məruz qalıb.

Belə ki, sözügedən təşkilat terrorçuları öz sıralarına cəlb edib.

Həmçinin Türkiyə vətəndaşları Alaaddin Şengüler, Gülşah Yiğitola və Arva Manguşa qarşı sanksiyalar tətbiq edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR