İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ FTB-si Rusiya FTX-nə “Krokus”da terakt olacağını dəqiq deyibmiş – “Vaşinqton Post”

925 03.04.2024 12:56 Dünya A A

ABŞ hökuməti Rusiya Federasiyasının hakimiyyət orqanlarını təkcə terror aktı təhlükəsi barədə məlumatlandırmayıb, hətta terror aktının məhz Moskva vilayətindəki “Crocus City Hall” ticarət və əyləncə mərkəzində törədiləcəyini dəqiq deyib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ-da çıxan məşhur “Vaşinqton Post” qəzeti yazıb.

Amerika rəsmiləri nəşrə bildiriblər ki, faciədən iki həftədən də çox əvvəl Moskvaya bu konsert məkanının terrorçular üçün potensial hədəf olduğu barədə məlumat verilib.

Qəzet yazır: “Bu, Rusiya hakimiyyətinin silahlıların 140-dan çox adamı öldürdüyü və binanı yandırdığı ərazini qorumaq üçün niyə daha güclü tədbirlər görməməsi ilə bağlı yeni suallar doğurur”.

Həmin gecə konsert zalında qarderobda işləyən və insanların binadan çıxarılmasına kömək edən İslam Xəlilov müsahibəsində qeyd edib ki, işçilərə terror aktı ehtimalı ilə bağlı öncədən xəbərdarlıq edilib.

Terrorçuların ikinci hədəfi Rusiya paytaxtında sinaqoq olub. Xəbərdarlığın ertəsi günü Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti Moskvada sinaqoqda İŞİD yaraqlılarının hücumunun qarşısının alındığını elan edib.

Qəzet yazır: “Xəbərdarlığın yüksək səviyyədə dəqiqliyi göstərir ki, Vaşinqtonun İŞİD-in çox sayda mülki əhalini təhdid edən hücum hazırladığına dair əminliyi böyük olub və bu, Moskvanın ABŞ-ın xəbərdarlıqlarının ümumi xarakter daşıması barədə iddiası ilə birbaşa ziddiyyət təşkil edir”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR