İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ dövlət katibinin müavinindən İrəvanda sülh mesajı - "....xüsusi diqqət yetirilir"

864 17.06.2024 20:59 Siyasət A A

İyunun 17-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ dövlət katibinin müavini Riçard Verma ilə görüşüb.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, görüşdə Ermənistan və ABŞ arasında tərəfdaşlığın genişləndirilməsi, regional inkişaf, Ermənistanda demokratik islahatlar, “Dünyanın kəsişməsi” layihəsi müzakirə olunub.

"Ermənistanda demokratik islahatların və qanunun aliliyinin dəstəklənməsinə, həmçinin Azərbaycanla münasibətlərin yaxşılaşdırılması səylərinə, o cümlədən sülh müqaviləsinin imzalanması perspektivlərinə xüsusi diqqət yetirilir." - , deyə Riçard Verma görüşdə qeyd edib. 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR