İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Dövlət katibinə yeni müavin təyin edilir: o, sovet Ermənistanında...  

2368 02.11.2023 16:05 Dünya A A

 

 

ABŞ dövlət katibinin növbəti müavini Hind-Sakit okean regionu üzrə ekspert Kurt Kempbell ola bilər

“ABŞ prezidenti Co Bayden bu vəzifəyə Kurt Kempbellin namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə , ABŞ administrasiyasının yaydığı sənəddə bildirilir.

Sənəddə qeyd olunur ki, 2021-ci ilin yanvar ayından etibarən Kempbell ABŞ Milli Təhlükəsizlik Şurasında Hind-Sakit okean məsələləri üzrə koordinator vəzifəsində çalışıb.

Qeyd edək ki, bu vəzifə hələ ki, Viktoriya Nuland tərəfindən icra olunur; ondan öncə isə bu vəzifəni Vendi Şerman tutub.

Kempbell 1957-ci ildə anadan olub. ABŞ administrasiyasında o, əvvəllər bir neçə vəzifədə, xüsusən də Asiya-Sakit okean regionu üzrə müdafiə nazirinin köməkçisinin müavini olub. Kempbell Birləşmiş Qərargah rəislərində ABŞ Hərbi Dəniz Qüvvələrinin zabiti və Dəniz Əməliyyatları Xüsusi Kəşfiyyat İdarəsinin rəisi vəzifələrində çalışıb.

O, San Dieqodakı Kaliforniya Universitetində bakalavr dərəcəsi, sovet Ermənistanının İrəvan Universitetində musiqi və siyasi fəlsəfə üzrə sertifikat və Marşal təqaüdü ilə Oksford Breyznoz Kollecində beynəlxalq əlaqələr üzrə fəlsəfə doktoru dərəcəsi alıb.

2009-2013-cü illərdə Kempbell keçmiş prezident Barak Obamanın administrasiyasında ABŞ dövlət katibinin Şərqi Asiya və Sakit okean məsələləri üzrə köməkçisi vəzifəsini tutub. O həmçinin 2013-cü ilin fevralında təsis etdiyi “Asia Group”un sədri və baş direktorudur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR