İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-də dəhşət - köpək balıqları 5 nəfəri gəmiriblər

618 08.07.2024 11:45 Dünya A A

ABŞ-də 4 iyul Müstəqillik Günündə 5 nəfər köpək balıqlarının hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə NBC News xəbər verir.

Bayram günü Texasın Padre adasında 4 nəfər yırtıcı balıqların hücumuna məruz qalıb. Birinci halda iki tətilçi yaralanıb, lakin onlardan yalnız birinin xəstəxanaya yerləşdirilməsi tələb olunub. İkinci insident zamanı köpək balığı daha iki nəfəri gəmirib və hadisə şahidlərinin sözlərinə görə, qadın ayağının bir hissəsini itirib. “Çimərlik patrulu onu götürdü - sadəcə, dizi yox idi, hər şey bərbad vəziyyətdə idi. Bir növ dəhşət”, - şahid bildirib.

Adanın yanğınsöndürmə idarəsinin rəisi Jim Piqq köpək balıqlarının hücumunu "görünməmiş" adlandırıb, çünki belə hadisələr Texas sularında olduqca nadir hallarda baş verir.

Florida ştatının Nyu-Smerna Biç şəhərində daha bir üzgüçü köpək balığının hücumuna məruz qalıb. Yırtıcı balıq dostları ilə voleybol oynayan, belinə qədər suyun içində dayanan 21 yaşlı gəncin ayağından tutub. O, xəstəxanaya yerləşdirilib, lakin aldığı xəsarətlərin həyatı üçün təhlükə yoxdur.

Bundan əvvəl ABŞ-də ər və arvadın qayıqdan balıq tutduqları zaman yeddi metrlik köpək balıqlarına rast gəldikləri bildirilmişdi. Hadisə videoya çəkilib və sosial şəbəkələrdə paylaşılıb.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR