İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Türkiyəyə təzyiq -HƏMAS və Rusiya ilə əlaqələrə görə sərt sanksiyalar siqnalı

569 01.12.2023 15:06 Dünya A A

Ankara və İstanbulda təmaslarda olan ABŞ Maliyyə Departamentinin terror və maliyyə kəşfiyyatı üzrə müşaviri Brayan Nelson ABŞ-ın HƏMAS və Rusiyaya bağlı türk şirkət və qurumlarına qarşı sərt sanksiyalar tətbiq edəcəyinə işarə edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, dünən verdiyi açıqlamada ABŞ-ın HƏMAS-ın Türkiyədə maliyyə qaynaqları toplaması ehtimalı ilə bağlı dərin narahatlıq keçirdiyini Türkiyə hökumət rəsmilərinə çatdırdığını ifadə edən Nelson deyib ki, HƏMAS-ın gələcək hücumunun Türkiyədə maliyyə toplama fəaliyyətləri ilə əlaqəli olması çox pis olardı. “Bunlara son qoymaq üçün hər şeyi etməyə hazırıq və bunu Türkiyənin əməkdaşlığı ilə etmək istəyirik. Lakin biz birtərəfli addımlar atmağa da hazırıq”, - Nelson Türkiyənin HƏMAS üçün ianə toplama fəaliyyətlərində "önəmli yer tutduğunu" ifadə edib.

Türkiyənin HƏMAS-ı terror təşkilatı kimi tanımadığını deyən müşavir bu təşkilatın Türkiyə qanunlarını poza biləcəyini də bildirib. O, Rusiyaya qarşı tətbiq edilən sanksiyalara da toxunub və bir çox rus gəmi və təyyarəsinin Türkiyədəki liman və aeroportlarında texniki xidmət aldığını qeyd edib.

Nelson fevral ayında Türkiyəyə səfəri zamanı xəbərdarlıq etmişdi ki, türk şirkətləri və bankları sanksiya siyahısında olan Rusiya qurumları ilə iş aparsalar, sanksiya riski ilə üzləşə bilərlər.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR