İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Rusiyaya SƏRT TƏPKİ - Qarabağda sənsiz də sülh əldə oluna bilər!

1536 08.08.2023 19:29 Gündəm A A

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Xarici işlər nazirliyinin “Azərbaycanla Ermənistan arasında tələsik hazırlanmış sülh sazişinin regiona davamlı sülh gətirməyəcəyi və hətta yeni münaqişələr üçün zəmin yarada biləcəyi” barədə bəyanatını şərh edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün təşkil edilən brifinqdə danışıb.

Millerin sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması başqa dövlətlərin bunu necə şərh etməsindən asılı olmayaraq mümkündür.

“Söhbət Azərbaycan və Ermənistan haqqında gedirsə Rusiyadan danışmaq istəməzdim. Mən birbaşa münaqişənin tərəfi olan iki ölkədən bəhs edirəm. Bono keçən həftə bölgəyə səfər edib və hər iki tərəflə şəxsən görüşüb. Biz inanırıq ki, savaşda tərəf olmayan digər ölkələrin hər hansı şərhindən asılı olmayaraq, razılaşma əldə edilə bilər və biz buna nail olmaq üçün onlarla işləməyə davam edəcəyik”, - deyə Miller bildirib.

Dövlət Departamentinin sözçüsü həmçinin Ankaranın bu məsələdə məhsuldar rol oynaya biləcəyinə inandıqlarını söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR