İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan İranda keçirilmiş prezident seçkiləri ilə bağlı ŞOK AÇIQLAMA

1657 07.07.2024 12:30 Dünya A A

İranda keçmiş prezident seçkilərinin nəticələri ABŞ-ın bu ölkə ilə bağlı siyasətinə təsir etməyəcək.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti rəsmi məlumat yayıb.

Dövlət departamenti rəsmisinin sözlərinə görə, Vaşinqtonun Tehranla bağlı narahatlığı “dəyişməmiş” olaraq qalır.

“Bununla birlikdə biz Amerikanın maraqlarına xidmət edən diplomatiyaya sadiq qalırıq”, -deyə, o vurğulayıb.

ABŞ hakimiyyəti İrandakı seçkilərin azad və ədalətli keçirilmədiyi barədə mövqeyini təkrarlayıb.

“Biz bu seçkinin İranın inkişafı istiqamətində əsaslı dəyişikliklərə və ya vətəndaşların insan hüquqlarına daha çox hörmətlə yanaşılacağına gətirib çıxaracağını gözləmirik”, - deyə nümayəndə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR