İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan Ermənistan şirkətləri ilə bağlı sanksiya qərarı  

1470 30.09.2022 20:17 Region A A

Amerika Birləşmiş Ştatları Rusiyaya dəstək verdiyinə görə Çin, Belarus və Ermənistan şirkətlərinə qarşı sanksiyalar tətbiq edib.

Musavat.com-un məlumatına görə, bu barədə erməni mediası xəbər yayıb.

ABŞ Xəzinədarlığının saytında verilən açıqlamaya görə, söhbət elektronika istehsal edən şirkətlərdən, həmçinin Belarusdan bir neft-kimya kompleksi şirkətindən gedir.

Maliyyə Nazirliyi Rusiya ordusuna dəstək üçün Rusiya daxilində və xaricində təşkilatlar üçün ixrac nəzarəti tədbirlərinə düşmə riskinin yüksək olduğu barədə açıq xəbərdarlıq edir.

Maliyyə Nazirliyinin məlumatına görə, bu qanun pozuntularına görə 57 hüquqi şəxs sanksiya siyahısına əlavə edilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR