İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dan DƏHŞƏTLİ nüvə açıqlaması: "Dünyanı havaya uçuran kod..."

947 30.11.2023 13:56 Dünya A A

ABŞ prezidenti Co Bayden Koloradodakı çıxışı ilə gündəmdədir. Trampı “konqresmen” adlandıran və hazırkı Çin və Cənubi Koreya liderlərinin adlarını unudan Baydenin nüvə zarafatı eşidənləri dəhşətə gətirib.

Musavat.com xəbər verir ki, 81 yaşlı Bayden Koloradoda dünyanın ən böyük külək turbinləri istehsalçısına baş çəkib. Burada açıqlamalar verən Bayden yeni səhvlərə yol verib.

Prezident Bayden nüvə silahını işə salmaq bacarığı ilə öyünərək hər kəsi heyrətləndirib.

Müəssisədəki işçilərlə danışan Bayden yanında nüvə çantasını daşıyan hərbçiyə işarə edib: “Bax o, dünyanı havaya uçuran koda sahibdir".

Daha sonra o, keçmiş prezident Donald Trampı “konqresmen” adlandırıb və indiki Çin və Cənubi Koreya liderlərinin adlarını unudub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR