İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da yaşayan azərbaycanlı idmançıdan növbəti qələbə - FOTO

652 08.10.2023 17:13 İdman A A

ABŞ-də yaşayan azərbaycanlı idmançı Elgün Xanoğlan Özbəkistanın Daşkənd şəhərində keçirilən MMA (qaydasız döyüş - red.) idman növü üzrə çempionatda qalib olub.

“35-ci Açıq Döyüş Çempionatı”nda (Open Fighting Championship-35 - Qeyd) həmyerlimiz rəqibi, ukraynalı idmançı Roman Mayniçi məğlub edib.

O, qələbəsinin elan edilməsi zamanı Azərbaycan bayrağını dalğalandırıb. Özbəkistanda yaşayan azərbaycanlılar idmançıya dəstək veriblər.

Qeyd edək ki, E.Xanoğlanlı Budo döyüş sənəti üzrə dünya və Avropa çempionudur. O, ABŞ-də diaspor fəaliyyətində fəallığı ilə də seçilir. E.Xanoğlanlı 2023-cü ildə Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının sədri seçilib. (Report)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR