İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da Trampın adı bu binadan və sənədlərdən çıxarılır

282 05.06.2026 10:30 Dünya A A

Con F. Kennedi adına İfa Sənətləri Mərkəzi öz binasının üzərindən Donald Trampın adını çıxarmağa başlayıb.

Musavat.com  CBS News-a istinadən xəbər verir ki, mərkəzin işçilərinə Prezident Donald Trampın adını qurumun sənədlərindən və binanın fasadından 12 iyun tarixinə qədər silməsini tələb edən federal məhkəmə qərarını yerinə yetirmək tapşırılıb.

Sənədə əsasən, işçilərə elektron imzaları, blankları və digər materialları dərhal yeniləmək, qurumu əvvəlki adına qaytarmaq tapşırılıb. Yol nişanları, lövhələr və daxili elementlərdə dəyişikliklər bir həftə ərzində tamamlanmalıdır. Ötən həftə Federal Hakim Kristofer Kuper Konqres üzvü Coys Bitinin (Demokrat-Ohayo) qaldırdığı iddianı təmin edərək, Kennedi Mərkəzinin Qəyyumlar Şurasının 2025-ci ilin dekabrında qurumun adını Donald J. Tramp-Con F. Kennedi Xatirə İfa Sənətləri Mərkəzi adlandırmaq üçün səs verərkən səlahiyyətlərini aşdığını müəyyən edib.

Məhkəmə belə bir nəticəyə gəldi ki, Konqresin aktı ilə yaradılan qurumun adının dəyişdirilməsi yalnız qanunvericilik tədbirləri ilə mümkündür, idarə heyətinin təşəbbüsü ilə deyil.

Mərkəzin mətbuat ofisi tərəfindən yayımlanan açıqlamada qeyd olunur ki, rəhbərlik "bu təşəbbüsü qorumaq və Prezident Trampın nailiyyətlərini tanımaq üçün hüquqi variantları qiymətləndirərkən məhkəmənin qərarına əməl edir".

Həmçinin bildirilir ki, mərkəzin rəhbərliyi "variantlarını nəzərdən keçirir və mərkəzin 257 milyon dollarlıq böyük təmir işlərinin başlaması planlaşdırılan 5 iyuldan sonra açıq qalıb-qalmayacağı barədə qısa müddətdə əlavə məlumat verəcək".

Binanın mühəndislik sistemlərinin təkmilləşdirilməsini və əsas auditoriyalarının təmirini əhatə edən təmir layihəsi əvvəlcə 2024-cü ilə planlaşdırılmışdı, lakin dəfələrlə təxirə salınıb.

İkinci səlahiyyət müddəti ərzində Prezident Tramp qəyyumlar şurasının bir neçə üzvünü öz tərəfdarları ilə əvəz edib. Məhz bu yeni şura mərkəzin adının dəyişdirilməsinə təşəbbüs edib.

Amerika mediasının məlumatına görə, məhkəmənin qərarı Tramp administrasiyasının federal mədəniyyət və təhsil müəssisələri üzərində təsirini genişləndirmək cəhdləri ilə bağlı bir sıra hüquqi mübahisələrin sonuncusudur. Dekabr ayında baş verən ad dəyişikliyindən sonra bir neçə sənətçi Mərkəzdə planlaşdırılan çıxışlarını ləğv edibi və Milli Simfonik Orkestrin icraçı direktoru istefa verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR