İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da işsizlik 3 ilin maksimumuna çatdı

462 05.07.2024 19:09 Dünya A A

ABŞ iqtisadiyyatında iş yerlərinin sayı iyun ayında 206 min artıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı ölkənin Əmək Nazirliyi açıqlayıb.

Məlumatdan aydın olur ki, keçən ay ABŞ-da işsizlik 2021-ci ilin noyabr ayından bəri ən yüksək səviyyəyə yüksəlib: may ayındaki 4 faizdən 4,1 faizə yüksəlib.

Trading Economics ekspertlərinin konsensus proqnozu iyun ayında ABŞ-da iş yerlərinin sayının 190 min artması və işsizliyin 4 faiz səviyyəsində qalmasını nəzərdə tuturdu.

Yenidən işlənmiş məlumatlara görə, may ayında iş yerlərinin sayı əvvəllər bildirildiyi kimi 272 min yox, 218 min artıb. Əmək Nazirliyi aprel ayı üzrə statistikaya da yenidən baxıb: iş yerlərinin sayında artım 165 min yox, 108 min olub.

İyun ayında özəl sektorda iş yerlərinin sayı 136 min, dövlət sektorunda isə 70 min artıb. Səhiyyədə 49 min, sosial sahədə 34 min, tikinti sektorunda 27 min artım qeydə alınıb, eyni zamanda, pərakəndə ticarətdə (9 min), sənayedə(8 min), peşəkar və biznes xidmətləri sahəsində (17 min) iş yerlərinin sayında azalma müşahidə olunub.

İyun ayında özəl sektorda orta saatlıq əmək haqqı əvvəlki ayla müqayisədə 0,3 faiz artaraq 35 dollara çatıb. İllik ifadədə bu rəqəm 3,9 faiz artıb - 2021-ci ilin iyunundan bəri minimum. May ayında artım aylıq 0,4 faiz, illik isə 4,1 faiz təşkil edib.

İyun ayında ABŞ-da orta iş həftəsi ardıcıl üçüncü aydır ki, 34,3 saat olaraq qalıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR