İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-da büdcə kəsiri kəskin artıb

390 13.12.2023 12:23 Dünya A A

Noyabrda ABŞ hökumətinin büdcə kəsiri 314,012 milyard dollar təşkil edib.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumatdan aydın olur ki, noyabrda ABŞ-ın büdcə kəsiri ötən ilin eyni ayındakı göstəricidən (248,535 milyard dollar) 26,3 faiz çox olub.

“The Wall Street Journal”ın sorğusuna qatılan analitiklər kəsirin orta hesabla 290 milyard dollar olacağını proqnozlaşdırmışdılar. Büdcə gəlirləri keçən ay 9 faiz artaraq bir il əvvəlki 252,111 milyard dollarla müqayisədə 274,83 milyard dollara çatıb. Xəzinədarlığın məlumatına görə, xərclər 17,6 faiz artaraq 500,646 milyard dollardan 588,842 milyard dollara yüksəlib.

Bu arada, oktyabrın 1-də başlayan 2024-cü maliyyə ilinin iki ayında ABŞ-ın büdcə kəsiri 13,1 faiz artaraq 380,576 milyard dollara çatıb. Cari maliyyə ilinin əvvəlindən büdcə gəlirlərinin həcmi 18,9 faiz artaraq 678,264 milyard dollar təşkil edib. Xərclər isə 17,6 faiz artaraq 1,059 trilyon dollara çatıb. O cümlədən milli borc üzrə faiz ödənişləri Federal Ehtiyat Sisteminin faiz dərəcələrini artırması səbəbindən ötən ilin oktyabr-noyabr ayları ilə müqayisədə 66,3 milyard dollar çox olub.

Sentyabrın 30-da başa çatan 2023-cü maliyyə ili üçün ABŞ hökumətinin büdcəsinin mənfi saldosu 23 faiz artımla 1,7 trilyon dollar təşkil edib. 2020-ci maliyyə ilinin sonunda ölkədə 3,1 trilyon dollarlıq rekord kəsir qeydə alınıb. Sonuncu dəfə büdcə profisiti isə 2001-ci maliyyə ilində olub.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR