İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ bütün "Patriot"larını Ukraynaya verəcək

854 21.06.2024 02:43 Dünya A A

ABŞ administrasiyası hazırda ölkədə istehsal olunan bütün "Patriot" və NASAMS hava hücumundan müdafiə sistemlərini Ukraynaya vermək qərarına gəlib.

Bu barədə jurnalistlər üçün onlayn brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

"Birləşmiş Ştatlar yaxın gələcək üçün planlaşdırılan hərbi texnika təchizatının, o cümlədən "Patriot" və NASAMS sistemlərinin tədarükünün prioritetini dəyişdirmək, onları digər ölkələrə yox, məhz Ukraynaya göndərməklə bağlı çətin, lakin zəruri qərar qəbul edib", - C.Kirbi deyib.//Oxu.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR