İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Birləşmiş Ərəb Əmirliklərinin 15 şirkətini qara siyahıya saldı: Bəs Ermənistandakı tərəfdaşlar?

666 02.11.2023 20:30 Dünya A A

ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş və Rusiyaya sanksiyalardan yayınmaqda kömək edən 15 şirkəti sanksiya siyahısına daxil edib.

Musavat.com xəbər verir ki, nazirliyin saytında yerləşdirilən məlumata görə, sanksiyalar 365 Days Freight Services FZCO, Alcotech International Trading, Alfa Logistics FZCO, ARX Financial Engineering Limited, Bliksem Computers and Requisites Trading Company MMC, Dream Lite Trading MMC, Dubai Sea Breeze, Flavic FZE, Globe Trekkers MMC, Hyperel FZCO, Kobolt Trading FZ LLC, Mobitronix MMC, SM Distribution Inc FZCO, Solinvest LTD (Əbu-Dabi), TCH Consultancy şirkətlərini əhatə edir.

Qara siyahıya düşən şirkətlərin əksəriyyəti Dubayda, ikisi - Solinvest LTD və TCH Consultancy Əbu-Dabidə, daha ikisi - Flavic FZE və Kobolt Trading FZ LLC müvafiq olaraq Şarja və Ras Əl-Xaymədə qeydiyyatdan keçib.

Bundan başqa, BƏƏ-nin rezidenti olan bir neçə şəxsə də sanksiya tətbiq edilib. Onların arasında iki Rusiya vətəndaşı - VTB-nin keçmiş vitse-prezidenti Natalya Solozentseva və Beyşen İsayev də var. ABŞ Maliyyə Nazirliyi onların qara siyahıya salınması üçün əsas kimi ARX Financial Engineering Limited-in fəaliyyətlərində iştirakını göstərir. Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) dəqiqləşdirməsində qeyd edilirki, Solozentsevanın funksiyası ARX-in biznesini “gücləndirmək və inkişaf etdirmək” idi.
Departamentin məlumatına görə, ARX rusiyalı investorlara investisiya xidmətləri, o cümlədən Rusiya maliyyə aktivlərinin köçürülməsi, BƏƏ-də broker və bank hesablarının yerləşdirilməsi imkanı təklif edir: "ARX sanksiyaya məruz qalan VTB Bankdan Rusiya rublunun köçürülməsi və ABŞ dollarına çevrilməsi yollarının tapılmasında iştirak edib. ARX həmçinin sanksiyalara məruz qaldığı halda müştəri aktivlərinin müəyyən edilməsi riskini azaltmaq yollarını tapıb".

Ümumilikdə Rusiya yardıma görə 200-ə yaxın hüquqi şəxs qara siyahıya salınıb. Sanksiyalar siyahısına daxil edilmək həmin hüquqi şəxslərin ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin onlarla əməkdaşlığının qadağan edilməsi deməkdir.

Qeyd edək ki, bundan əvvəl bir neçə dəfə BƏƏ-yə həm ABŞ, həm də Avropa İttifaqından Rusiyaya sanksiyalı malların ikili idxalında yardımla bağlı xəbərdarlıq olunub. ABŞ Maliyyə Nazirliyindən sonra Avropa İttifaqının da analoji addım atacağı gözlənilir.

Daha maraqlı bir məqam budur ki, BƏƏ şirkətlərinin sanksiyalı malları Rusiyaya çatdırmasında əsas vasitəçi ölkə Ermənistandır. Hələlik sanksiya siyahısına salınan şirkətlərin neçəsinin Ermənistanda biznesinin olduğu bilinmir. Lakin ABŞ-ın BƏƏ şirkətlərinin Ermənistandakı tərəfdaşlarını niyə siyahıya salmaması maraq doğurur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR