İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Baltikyanı ölkələrin müdafiəsinə 228 milyon dollar alıb: Kimə nə düşəcək?

451 28.03.2024 18:40 Dünya A A

ABŞ 2024-cü ildə öz büdcəsində Estoniya, Latviya və Litvanın müdafiə qabiliyyətini gücləndirmək üçün 228 milyon dollar ayırıb.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı Litvanın Müdafiə Nazirliyi açıqlayıb.

Nazirliyin mətbuat xidməti nazir Laurinas Kasciunasın fikirlərini sitat gətirir: "ABŞ Litvanın strateji tərəfdaşı və Baltikyanı regionun təhlükəsizliyini təmin edən əsas müttəfiqlərdən biridir. Amerikalılar Baltikyanı ölkələrdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində, regionun təhlükəsizliyinin və sabitliyinin möhkəmləndirilməsində son dərəcə fəal iştirak edirlər”.

Nazirliyin məlumatına görə, məbləğin üçdə biri Litvaya ayrılacaq, pul silahlı qüvvələrin imkanlarının təkmilləşdirilməsinə - hava hücumundan müdafiə və regional artilleriya potensialının gücləndirilməsinə, döyüş sursatlarının alınmasına yönəldiləcək.

2023-cü ildə ABŞ müxtəlif maliyyə mexanizmləri vasitəsilə təkcə Litvaya 200 milyon dollara yaxın vəsait ayırıb.

Son illərdə amerikalılarla Himars artilleriya sistemlərinin və Amraam raketlərinin alınması ilə bağlı müqavilələr bağlanıb. Litva ABŞ-dan həmçinin 500 JLTV zirehli avtomobil, dörd Black Hawk helikopteri, Switchblade pilotsuz uçan aparatları, Javelin tank əleyhinə raket kompleksləri və rabitə avadanlığı da alıb.

2019-cu ildən ABŞ ordusunun batalyonları rotasiya əsasında Litvada xidmət edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR