İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Azərbaycan və Ermənistanı konstruktiv danışıqları bərpa etməyə çağırıb

341 17.01.2023 19:15 Siyasət A A

Birləşmiş Ştatlar Azərbaycan və Ermənistanı mübahisəli məsələlərin həlli üçün konstruktiv danışıqları bərpa etməyə təşviq edir.

"Report" xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter ATƏT Daimi Şurasının xüsusi iclasında çıxışı zamanı deyib.

Karpenter qeyd edib ki, hərtərəfli sülh sazişi münasibətlərin normallaşması və davamlı sülhə aparan yeganə yoldur.

"Biz Avropa İttifaqı və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycan və Ermənistanla ikitərəfli və çoxtərəfli səviyyədə işləməyə davam edəcəyik", - ABŞ səfiri vurğulayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR