İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-a sığınan məşhur yazar və oğlu barədə YENİ XƏBƏR

997 11.03.2024 15:23 Dünya A A

Məşhur yazıçı Eylem Tok İstnabulda ölümlə nəticələnən qəzaya səbəb olan 17 yaşlı oğlu Timur C.-ni Misir vasitəsilə ABŞ-a aparıb.

Musavat.com xəbər verir ki, 17 yaşlı yeniyetmənin ABŞ vətəndaşı olması və Türkiyə ilə ABŞ arasındakı ekstradisiya müqaviləsindəki bəzi maddələr qaçaq ana və oğlunun təhvil verilməməsi ehtimalını artırır.

Qeyd edək ki, martın 1-də saat 23.50 radələrində İstanbulda 17 yaşlı Timur C-nin nasazlıq səbəbindən yolun kənarında dayanmış 3 avtomobilə çırpılması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə yaralanıb. Hadisədən sonra yeniyetmə anası Eylem Tok tərəfindən əvvəlcə Misirə, sonra isə ABŞ-a qaçırılıb.

Gəncin ABŞ vətəndaşı olması ekstradisiya tələbinin rədd ediləcəyi ehtimalını artırır.

Bir nəfərin ölümünə səbəb olan Timur C. və anası yazıçı Eylem Tok haqqında həbs qərarı çıxarılıb.

Musavat.com
 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR