İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 2001-ci ildən sonra HƏMAS-ı izləmirmiş

371 01.11.2023 15:12 Dünya A A

Birləşmiş Ştatlar 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda əkiz qüllələrə edilən terror aktından sonra radikal Fələstinin HƏMAS hərəkatının monitorinqini, demək olar ki, tamamilə dayandırdı, diqqətini əvvəlcə “Əl-Qaidə” qruplaşmasına, sonra isə İŞİD-ə yönəldib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə “The Wall Street Journal” mötəbər mənbələrə istinadla məlumat yayıb.

Qəzet yazır ki, Amerika kəşfiyyat ictimaiyyəti hesab edirdi ki, HƏMAS-dan ABŞ üçün real təhlükənin yaranması ehtimalı azdır və təhlükə yaranarsa, İsrailin özü də onu aşkar edə bilər. ABŞ Maliyyə Nazirliyinin terrorizmin sponsorluğuna qarşı fəaliyyətini izləyən amerikalı ekspert Conatan Şenzerin qeyd etdiyi kimi, 11 sentyabrdan sonra ABŞ hakimiyyəti Yaxın Şərq qruplarının maliyyələşdirilməsi məsələsinə daha az diqqət yetirməyə başladı, çünki onlar guya Iranla əlaqə yaradılmasına çalışırdılar.

Lakin 2023-cü il oktyabrın 7-də fələstinli radikalların yəhudi dövlətinə hücumundan sonra nəşrin ABŞ kəşfiyyat orqanlarından olan mənbələri etiraf ediblər ki, onlar ABŞ üçün təhlükəni düzgün qiymətləndirməyiblər. “Əsasən İsrailin günahkar olduğu kəşfiyyat uğursuzluğuna gəlincə, mən hesab edirəm ki, biz də məsuliyyətin bir hissəsini paylaşmalıyıq. Bizim HƏMAS-a nəzarəti israillilərə təhvil verməyimizin nəticələri yəqin ki, olacaq”, - deyə keçmiş Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşı Mark Polimeropulos qəzetə bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR