İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ 1 100 000 dollarla Azərbaycana qarşı HƏRƏKƏTƏ keçdi – İLGİNC DETALLAR

3495 13.06.2023 22:01 Siyasət A A

Xəbər verdiyimiz kimi, ABŞ-ın Milli Demokratiya Fondu NED-in 2022-ci ildə gizli maliyyələşmə sxemi üzrə (üçüncü ölkələr və diplomatik missiyalar vasitəsi ilə) Azərbaycan təşkilatlarına (əsasən QHT və media) 1 100 000 dollardan bir qədər artıq qrant ayırdığı üzə çıxıb.

Politoloq İlyas Hüseynov Musavat.com-a açıqlamasında qeyd edib ki, ABŞ-ın Milli Demokratiya Fondunun Azərbaycanda müxtəlif adlar altında çirkin fəaliyyətləri heç kim üçün sirr deyil.

ilyas.jpg (91 KB)

Politoloq vurğulayıb ki, Soros Fondu, müxtəlif layihələr həyata keçirən fondlar insan və vətəndaş hüquqları, vətəndaş cəmiyyəti institutlarının tədqiqi, gənc alimlərin bu işə cəlb olunması, onların maliyyələşdirilməsi və bu kimi müxtəlif yanaşmalar hər zaman cəmiyyəti sarsıtmaq, ixtilaflar yaratmaq və hakimiyyətə qarşı yönəltmək niyyəti güdüb:

“Bir zamanlar “narıncı inqilab” sevdasına düşən bu qüvvələr bu gün də fəallaşıblar və bu yolda müxtəlif məqsədlər istifadə olunur. Hələ ötən il mən öz şərhlərimdə bu barədə tədqiqatlarım əsasında fikirlər söyləmişdim.

Aydındır ki, Azərbaycanda vətəndaş cəmiyyəti və qeyri-hökumət təşkilatları sektoru dövlətin nəzarətindədir. Bu ona imkan yaradır ki, kənar qüvvələr məhz maliyyələşmə nöqteyi-nəzərindən öz maraqlarını, məqsədlərini, hədəflərini diktə edə bilməsinlər. Bu, başadüşüləndir. Bu sahəyə aid alətlər dövlət tərəfindən tənzimlənir. Lakin müxtəlif qruplar, əsasən də xaricdə yaşayan fəallar qrant layihələrini əldə tutmaqla sosial şəbəkə vasitəsilə təsirlər edirlər”.

Politoloq bildirib ki, hibrid müstəvidə həyata keçirilən bu “fəaliyyət” həm də dini sahəni əhatə edir:

“Bununla yanaşı, tanınmış şəxsləri öz inhisarlarına alırlar, öz nəzarət mexanizmlərindən istifadə edirlər. Daha sonra öz məqsədlərinə kütlələr vasitəsilə çatmağa cəhdlər göstərirlər. Onlar üçün əsas məsələ sayğacdır, IP ünvanlardır və müxtəlif tezislərin geniş auditoriyaya çatdırılmasıdır. Məqsəd isə bəllidir – cəmiyyəti kökündən sarsıtmaq, təhlükəsizliyə, ictimai asayişə zərbə vurmaq, dövlətçiliyin təməllərini sarsıtmaq və bununla da hakimiyyəti təhdid etmək”.

İlyas Hüseynovun sözlərinə görə, biz çox yaxşı anlayırıq ki, Qarabağ mövzusunda baş verən proseslər bilavasitə həm də məhz “demokratiya” institutlarının tətbiqi ilə bağlı fəaliyyəti ehtiva edirdi:

“Məhz buna görə Nikol Paşinyan Vətən müharibəsində və ondan sonrakı dövrdə müharibənin gedişi ilə demokratiyanı müqayisə edirdi. Hətta bu yaxınlarda müsahibələrinin birində belə fikirlərə yer verib. “Biz müharibədə məğlub olduq, amma demokratıq” kimi fikirlər irəli sürərək öz patronlarına, himayədarlarına mesajlar verirdi.

Aydındır ki, Azərbaycanı hədəfə almaq üçün xüsusi siqnallar ötürülür. Bu siqnallar vahid mərkəzdən idarə olunur. Təəssüflər olsun ki, şəbəkələşiblər. Hərbi terminlə ifadə etsək, kanonada şəklində hücuma keçirlər. Toplu surətdə QHT sektorunu hədəfə alırlar, media seqmentini ləkələyirlər, ölkədə insan hüquq və azadlıqları ilə bağlı təqiblərin olduğuna dair saxta fikirlər formalaşdırırlar”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR