İnsanlara hürriyət, millətlərə istiqlal!

Abramyan: Avropa Birliyinə üzvlük Paşinyanın növbəti blefidir

441 10.07.2024 15:19 Dünya A A

 

Ermənistanda Avropa Birliyinə üzvlük mövzusunu siyasi gündəmə gətirənlər dəqiq bilirlər ki, belə bir məsələ AB-nin prioritetlərində deyil.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin üzvü Tiqran Abramyan yazıb.

Onun sözlərinə görə, bu mövzunu gündəmə gətirənlərin iki əsas vəzifəsi var.

“Birincisi, Ermənistanın Avropa gələcəyini Avropadan yatırılan milyardlarla pul, eləcə də sərbəst giriş-çıxış barədə yalan vədlərlə təqdim etməyə çalışırlar. Üstəlik, bunu yaxın gələcəkdə gözlənilən böyük bir dəyişiklik kimi göstərirlər.

İkincisi, bu, hakimiyyət tərəfindən həvəsləndirilən, müxtəlif dozalarda həyata keçirilən və aparılacaq anti-Rusiya siyasətinin tərkib hissəsidir.

Hakimiyyət digər məsələlərdə olduğu kimi burada da böyük blef edir. Əsas məqsəd ictimaiyyəti bir daha çaşdırmaq və onun diqqətini əsas problemlərdən yayındırmaqdır”, - deyə Abramyan qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR