İnsanlara hürriyət, millətlərə istiqlal!

Abdullah Öcalanın posterini körpüyə asan şəxslər belə yaxalandı - ƏMƏLİYYATIN GÖRÜNTÜLƏRİ

796 11.02.2024 20:35 Gündəm A A

Türkiyənin Adana şəhərində körpüyə PKK terror təşkilatı lideri Abdullah Öcalanın posterini asan iki şəxs polisin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Musavat.com xəbər verir ki, Adana valisi Yavuz Səlim Köşger məsələ ilə bağlı açıqlama verib.

“Ölkəmizin birlik və bərabərliyini pozmağı hədəfləyən heç kimi bağışlamayacağıq”,-deyə Yavuz Səlim Köşger bildirib.

Qeyd edək ki, Adananın Seyhan rayonunda iki nəfər körpünün üzərinə PKK terror təşkilatı lideri Abdullah Öcalanın posterini asaraq bu anları sosial şəbəkədə paylaşmışdı. Görüntülərdən sonra hərəkətə keçən polis qrupları şübhəlilərin müəyyən edilərək tutulması üçün işlərə başlayıb.

Terrorla Mübarizə Şöbə Müdirliyi qrupları tərəfindən təşkil edilən əməliyyatda 2 nəfər qeyd olunan ünvanlarda saxlanılaraq nəzarətə alınıb.

Musavat.com

Teröristbaşı Abdullah Öcalan'ın posterini köprüye asan kişiler yakalandı

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR