İnsanlara hürriyət, millətlərə istiqlal!

90 yaşlı məşhur astronavt təyyarə qəzasında öldü- Video

519 08.06.2024 18:24 Hadisə A A


Tarixdə ilk dəfə Ay ətrafında dövr edən “Apollon-8” ekipajının üzvü Uilyam Anders təyyarə qəzasında həlak olub.

“Qafqazinfo” “Associated Press”ə istinadən xəbər verir ki, hadisə Vaşinqton ştatında baş verib.

Bildirilir ki, 90 yaşlı astronavt özü idarə etdiyi “Beech A45” tipli təyyarədə qəzaya uğrayıb. O, idarəetməni itirib və təyyarə suya düşərək batıb. 

Təyyarədə yalnız U.Anders olub. 

Qeyd edək ki, “Apollon-8” ekipajı 1968-ci ilin dekabrında Ay ətrafında uçuş həyat keçirib. Bu Ayın Yerdən görünməyən tərəfinə baş tutmuş ilk kosmik səyahət olub. Ekipaj üzvləri missiya çərçivəsində Yerin uzaqdan ilk dəfə olaraq tam şəklini çəkə bilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR