İnsanlara hürriyət, millətlərə istiqlal!

65 il öncə tarixə yazılan festival – 9 ay sonra Moskvada çoxsaylı qaradərili çağalar peyda olub

5340 28.03.2022 11:37 Yaxın tarix A A

1957-ci il SSRİ-nin 70 illik tarixində sovet vətəndaşları üçün yaddaqalan illərdən biri olub. Məhz həmin ildə sərhədləri sıx qapalı olan SSRİ dünyanın 131 ölkəsindən 34 min nəfər qonaq qəbul edərək VI ümumdünya gənclər və tələbələr festivalına ev sahibliyi edib...

İki həftə ərzində, 28 iyul-11 avaust tarixlərində keçirilən festival öz kütləviliyinə və iştirakçı sayına görə dünya festival hərəkatının tarixində rekord vurub və bu günə qədər də bu rekord yenilənməyib.
“Sülh və dostluq naminə” şüarı altında keçirilən festivalın əsas rəmzləri çobanyastığı çiçəyi və göyərçinlər olub və Moskva küçələrinin hər addımında bu rəmzlər müxtəlif ölçü və formalarda əks etdirilib.

Moskvada festivalın keçirilməsinə ciddi hazırlıq işləri görülüb. Beynəlxalq tədbirin açılışına qədər “Turist” mehmanxana kompleksinin və “Ukrayna” mehmanxanasının inşası sona çatdırılaraq qonaqların istifadəsinə verilib. Moskva küçələrində ilk dəfə olaraq Macarıstan istehsalı olan “İkarus” avtobusları, yeni “Qaz-21 Volqa” avtomobilləri və “RAF” mikroavtobusları görünüb.

1957-фестиваль.jpg (100 KB)

İki həftə ərzində Moskvada 800-dən artıq tədbir keçirilib. Festival çərçivəsində “Udarnik” kinoteatrında kinofestival da təşkil olunub və festival ərəfəsində bu kinoteatrda 30 ölkənin istehsalı olan 125 film nümayiş olunub. Həmçinin nümayişinə əvvəlllər SSRİ-də qadağa qoyulan filmlər də tamaşaçıların ixtiyarına verilib.

Qonaqları Moskva şəhəri ilə tanış etmək üçün əsasən üstü açıq olan yük maşınlarından istifadə olunub. Maşınların banları bəzədilərək üzərinə iştirakçı ölkələrin adları yazılıb. Şəhər sakinləri festival iştirakçılarını mehribanlıqla salamlayıblar.

festival_molodezhi__studentov_Moskva_1957.jpg_7.jpg (135 KB)

Festivalın şərəfinə Moskva küçələrindən birinə “Festivalnaya” küçəsi adı verilib, ən böyük prospektlərdənin birinin adı isə “Mir”lə əvəzlənib. Böyük əraziyə malik yeni açılan “Drujba” parkı da festivalın və xarici qonaqların şərəfinə istifadəyə verilib.

Tədbir günlərində mərkəzi televiziyada yeni veriliş, “Şən suallar gecəsi” efirə çıxıb. Festivaldan sonra bu veriliş dayandırılsa da, sonralar “KVN” kimi məşhurlaşıb.

festival_molodezhi__studentov_Moskva_1957.jpg_17 (1).jpg (132 KB)

Festival günlərində ictimai təhlükəsizliyin təmin olunması üçün Moskva milisi gücləndirilmiş iş rejimində xidmət aparıb. Festivaldan əvvəl şəhər sakinlərinə xarici qonaqları evlərinə dəvət etmək qəti qadağan edilib. Bu qadağaya riayət edən yerli gənclər xarici həmyaşıdları ilə rəsmi tədbirlərdən sonra gecə yarıyadək Moskva küçələrində və paklarda əyləncəli gəzintilər keçiriblər.

festival_molodezhi__studentov_Moskva_1957.jpg_9.jpg (130 KB)

Həmin gecələrdə gənclər arasında söhbət təkcə “sülh”dən və “dostluq”dan getməyb. Könüllü drujina dəstələrinin və milislərin nəzarətinə baxmayaraq, günlər ərzində gənclərin arasında çoxsaylı intim yaxınlıq faktları da aşkarlanıb. Bu məsələdə Moskvanın qonağı ölan Afrika ölkələrinin gəncləri daha çox “fəallıq” göstəriblər. Təkcə rəsmi statistikaya görə festivaldan 9-10 ay sonra Moskvada qarşışıq cütlüklərdən 530 qaradərili uşaq dünyaya gəlib. Bəzi mənbələrə görə isə onların sayı 1000-i ötüb.

Moskva işbazları festival günlərində fəaliyyətlərini daha səmərəli təşkil ediblər. Tədbir günlərində xarici valyuta mübadiləsi az qala kütləvi hala çevrilib. Mövcud dövrdə 4 rublun 10 dollara bərabər olduğu halda, gizli valyuta alverçiləri qiymətləri 5-10 qat artırıblar. Hətta DTK-nın müdaxiləsi valyuta alverinin qarşısını ala bilməyib.

festival_molodezhi__studentov_Moskva_1957.jpg_19.jpg (148 KB)

Festival “qara bazar”ın alverçilərini də fəallaşdırıb. Onlar tədbirlərdən sonra qonaqlarla dil taparaq onlardan cins şalvar, idman ayaqqabıları, “klyoş” ətəkləri, ffotoaparatları, saatları və sovet adamı üçün defisit sayıan digər əşyaları ucuz qiymətə alaraq “anbar”larını zənginləşdiriblər.

Şəhər kənarında yerləşən ictimai iaşə obyektlərinin sahibləri də festivaldan səmərəli istifadə etməyə çalışıblar. Belə ki, festival günlərində həmin obyektlərdə yerli sakinlər üçün ayrı, xarici qonaqlar üçün ayrı qiymətlər olub. Təbii ki, qiymətlərin bu cür tənzimlənməsindən yerli milislər xəbərdar olublar. Kafe və restoran sahibləri qazandıqları pullarla onları susdurmağı, “zərərsizləşdirməyi” bacarıblar.

festival_molodezhi__studentov_Moskva_1957.jpg_6.jpg (187 KB)

Ümumiyyətlə, VI ümumdünya gənclər və tələbələr festivalı sovet gənclərinə çox mətləbləri açıb. Sovet ideologiyasının təzyiqi altında olan gənclər öz xarici həmyaşıdlarının nə qədər açıq fikirli olduqlarınının şahidi olublar, qərb musiqisində heç bir dəhşətli notun olmamasını anlayıblar, xarici tələbələrin elmə, tərəqqiyə sonsuz maraqlarını hiss ediblər. Və ən başlıcası sovet gəncləri azacıq da olsa anlayıblar ki, qərb ölkələrinə qarşı kommunist təbliğatı heç də həqiqəti əks etdirmir.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR