İnsanlara hürriyət, millətlərə istiqlal!

600-ə yaxın rusiyalı Qəzzanı tərk etmək istəyini bildirib

398 27.10.2023 14:14 Dünya A A

Rusiyanın İsraildəki səfiri Anatoli Viktorov bildirib ki, 600-ə yaxın Rusiya vətəndaşı Qəzza sektorunu tərk etmək arzusunu bildirib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, diplomat rusiyalıların Qəzza sektorundan çıxarılmasını təşkil edə bilmədiklərini deyib: “Biz bunu edə bilmərik, çünki Qəzza zolağı ilə Misir arasında keçidin açılması məsələsi həll olunmayıb. Keçid üçün təhlükəsizliyin təmin edilməsi məsələsi həllini tapmayıb. Bu, yardımların çatdırılması üçün humanitar dəhliz deyil, daha çox təhlükəsizlik dəhlizidir ki, insanlar keçidə doğru hərəkət etməyə başlayanda həyat və sağlamlıqları üçün təhlükəyə məruz qalmasınlar”.

Bundan əlavə, səfir Rusiyaya qonşu olan ölkələrin 300 vətəndaşının da Qəzza zolağından çıxmaq istədiyini qeyd edib.

Viktorovun sözlərinə görə, oktyabrın 7-dən oktyabrın 26-dək Rusiya aviaşirkətləri 10,5 min insanı, o cümlədən 6 minə yaxın Rusiya vətəndaşını təxliyə edib. Diplomat, uçuşların bağlanma ehtimalı olduğundan, İsraili mümkün qədər tez tərk etmək istəyən hər kəsə tövsiyə edib ki, gecikməsinlər.

Xatırladaq ki, Rusiyanın Fələstindəki diplomatik missiyası bundan əvvəl 400-dən çox rusiyalının Qəzza zolağından təxliyə gözlədiyini bildirmişdi. Hazırda onların çıxarılması üzərində iş gedir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR