İnsanlara hürriyət, millətlərə istiqlal!

60 yaşı tamam olan müəllimlərlə bağlı VACİB AÇIQLAMA

1847 16.06.2023 15:47 Təhsil A A

Məlum olduğu kimi, iyunun 20-24-də müəllimlərin növbəti sertifikatlaşdırma imtahanı keçiriləcək. İmtahan ümumilikdə 31 mərkəzdə təşkil olunacaq. Elm və Təhsil Nazirliyinin məlumatına görə, imtahan prosesində 8 min müəllim iştirak edəcək.

Bəs 60 yaşı tamam olan müəllimlər sertifikatlaşdırmadan azaddırmı?

Musavat.com xəbər verir ki, deputat Vüqar Bayramov mövzunu bu cür şərh edib:

"Son günlər iyunun 20-24-də keçiriləcək növbəti sertifikatlaşdırma imtahanında iştirak ilə bağlı çoxsaylı suallar ünvanlandığından qeyd etmək istəyirəm ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub. Layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

vuqar.jpg (75 KB)

Belə ki, MM-in qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər dövlət başçısı tərəfindən təsdiq olunduqdan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o, heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcək.

60 yaşı tamam olan müəllimlərin növbəti sertifikatlaşdırmada iştirakına gəldikdə, sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. Onadək isə əvvəlki qaydalar qüvvədədir. Bu baxımdan cənab Prezident tərəfindən dəyişikliklər təsdiq olunduqdan sonra 60 yaşı tamam olan müəllimlər üçün sertifikatlaşdırmada iştirak könüllü olacaq".

Xalidə Gəray
Musavat.com 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR