İnsanlara hürriyət, millətlərə istiqlal!

48 829 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb

908 20.12.2022 16:04 Təhsil A A

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 282 ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib.

Qurumdan Musavat.com-a verilən məlumata görə, məktəbəhazırlıq qruplarına 22 901 uşaq cəlb olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən o da bildirilir ki, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır. Eyni zamanda, 8829 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb. BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 2022-ci təqvim ilində 48 829 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. Elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR