İnsanlara hürriyət, millətlərə istiqlal!

48 208 şagirdin elektron sistem vasitəsilə yerdəyişməsi aparılıb 

603 13.06.2023 14:49 Təhsil A A

2022-2023-cü tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri üzrə 48 208 şagird elektron sistem (sy.edu.az) vasitəsilə bir məktəbdən digərinə köçürülüb. 

BŞTİ-dən Musavat.com-a verilən məlumata görə, elektron sistem vasitəsilə şagird yerdəyişməsi valideynlərin rahatlığına, prosesin daha şəffaf və operativ həyata keçirilməsinə, əlavə vaxt itkisinin qarşısının alınmasına, ümumi tənzimlənmədə subyektiv amillərin aradan qaldırılmasına imkan verir.

BŞTİ-dən o da qeyd edilir ki, 72 paytaxt məktəblisi olimpiadada qalib olub. 2022-2023-cü tədris ilində keçirilən Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, 72 paytaxt məktəblisi qalib olub. 

Belə ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 13 nəfər qızıl, 18 nəfər gümüş, 41 nəfər bürünc medal qazanıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR